ABŞ prezidenti xəbərdar etdi: "Səssiz qalmayacağıq":YENİ GƏRGİNLİK


Suriyada deskalasiya zonasında Bəşər Əsəd qoşunlarının hərbi əməliyyatlar hazırlaması barədə xəbərlər yayılıb.

Cebhe.info xəbər verir ki, artıq bu məlumatlara ABŞ-dan rəsmi münasibət bildirilib. 

Belə ki, ABŞ Dövlət Departamentinin təmsilçisi Hezer Hauer bu xəbərlərdən narahatlıqlarını dilə gətirib. Bildirib ki, ölkənin cənub-qərbində əməliyyat hazırlanması barədə məlumat böyük narahatlıq doğurub. 

Departament təmsilçisi hərbi əməliyyatın hazırlanması xəbərinin mənbəyini açıqlamayıb. Bununla yanaşı o bildirib ki, Əsəd atəşkəs rejimini pozacağı təqdirdə ABŞ buna səssiz qalmayacaq. 

Xəzər

Tarix: 26-05-2018, 15:12
Xəbəri paylaş





Xəbər lenti