Azəriqaz Tarif Şurasını saymır!

Azəriqaz Tarif Şurasını saymır!

Azəriqaz Tarif Şurasını saymır!

Xalqımızı maddi cəhətdən sınağa çəkən Azəriqaz İB haqqında bilməyənlər üçün bildirik ki, fərdi yaşayış evlərinə 2024 cü ilin may ayından sənədsiz evlər üçün qaz çəkilişləri dayandırılmışdır. Buna səbəb isə Cənab Prezidentin sərəncamını göstərirlər. Hansıki, sərəncamda 2023 cü ilin oktyabr ayına qədər tikilmiş evlər nəzərə alınmayıb.


Siam-az.com Huquqaz-a istinadən xəbər verir ki, məsələnin digər tərəfi çıxarışı olan evlərə texniki şərt verilir və pulsuz olduğu halda 160 manat rüsum tələb olunur, bunuda yarıtmaz Taarif Şurasının qərarı ilə əsaslandıdırlar. 160 manatı aldığı halda sayğacın materialı, xərci və quraşdırılmasını isə vətəndaş əlavə olaraq ödəyir. Bəs bu 160 manat nə üçündür? Elə küçələr varki, vətəndaş o küçələrə şəxsi vəsaiti hesabına boru alıb xətt çəkib, indi ora qoşulma icazəsinə görə nə az, nə çox 160 manat ödəniş? Hələ bu azmış kimi “Aska Azərbaycan ” MMC adı ilə əlavə 30 manat pul yığılır..

Layihərə razılaşma möhürü illərlə ödənişsiz idiki, bunada 10 manatdan pul yığılır . Əlavə olaraq sayğacın giriş hissəsi boru qaynaqla deyil, şlankla birləşdirilməlidir tələbi qoyulub və o şlank da 30 manatadır 1 ünvanda satılır, başqa heçbir yerdən satın ala bilməzsiniz.

2024 cü ilin may ayına qədər vətəndaş texniki şərti pulsuz alırdı ,bələdiyyə arayışı ilə sənədləşmə edirdi, layihələndirməyə 280 manat ödəniş edirdi, sayğacın materialı 20 manat, quraşdırılması 20 manat və nəticədə 320 manata başa gələn sayğac quraşdırma prosesi başa çatırdı. İndi yalnız çıxarışlı evlərə 160 manata texniki şərt verilir, 30 manat “Aska Azərbaycan ” MMC – ə ödənilir, 30 manat şlank və əlavə 20 manat material xərci, 20 manat quraşdırma xərci, 280 manat layihələndirmə xərci. Nəticədə 320 manata başa gələn sayğaclaşma prosesi indi 540 manata başa gəlir.
Bu oyunlarını Tarif Şurasının qərarı olaraq deyib milləti soyurlar !
Tarix: Dünən, 22:15
Xəbəri paylaş





Xəbər lenti