Hakim partiyanın toplantısında DAVA düşdü - Həbslər var


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Diyarbəkr toplantısında dava düşüb.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki,  partiyanın seçkilərdə iştirak edəcək namizədlərinin təqdim olunduğu toplantıda narazılıq salonda səslənən şüarla bağlı olub.

Mehdi Eker və Numan Kurtulmuşun da qatıldığı toplantıda başlanan mübahisə əlbəyaxa davaya çevrilib.

AKP sədrinin müavini Mehdi Ekerin çıxışı zamanı partiyanın Bismil təşkilatına mənsub gənclər şüar səsləndiriblər. AKP Diyarbəkr təşkilatının gəncləri buna etiraz edib. Mübahisə dava-dalaşa səbəb olub. Polisin köməyi ilə Numan Kurtulmuş və Mehdi Eker salondan çıxarılıb. Dava-dalaş salan 3 partiya fəalı saxlanııb.

Aydın

Tarix: 27-05-2018, 16:31
Xəbəri paylaş





Xəbər lenti