İsrail daha da amansızlaşır: Dənizdə divar…

 

İsrail Qəzza bölgəsinin dəniz sərhədi zolağında sədd inşasına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə naziri Aviqdor Liberman məlumat verib.
“Sahil zolağından İsrail topraqlarına qeyri-qanuni daxilolmaların qarşısını alınacaq. Dünyada bənzəri olmayan tikintidən söhbət gedir. Bu sədd HƏMAS-ın planlarını alt-üst edəcək və onun strateji silahını istifadəsiz hala gətirəcək”, – nazir bildirib.
Qeyd edək ki, 2014-cü ildə Qəzzada fələstinlilərə qarşı əməliyyatdan sonra sözügedən səddin inşası ilə bağlı qərar qəbul edilib.
Tarix: 27-05-2018, 23:23
Xəbəri paylaş





Xəbər lenti