Mafiyanın amansız intiqamı - 7 parçalanmış cəsəd

   Meksikada parçalanmış şəkildə 7 cəsəd aşkar edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Guanajuato əyalətində olub.
Əyalət prokurorluğu bildirib ki, Salamanca kəndində cinayətkar şəbəkə üzvləri olduğu ehtimal olunan 7 cəsəd aşkar edilib.Cəsədlərin yanında rəqib cinayətkar qrupa aid işarələr qoyulub.
Bu göstərir ki, mafiya bir-birindən qisas almaq məqsədilə dəhşətli cinayət törədib.
Meksikanın müvafiq qurumları qeyd ediliblər ki, ölkədə 2018-ci ilin yanvarından bu yana 4206 şəxs cinayətin qurbanı olub.
Tarix: 28-05-2018, 16:02
Xəbəri paylaş





Xəbər lenti