Bu ölkədə İsraili boykot edənlər cəzalanacaq


ABŞ-ın Luisiana əyalətində İsraili boykot edəcək şirkətlər cəzalanacaq.

Cebhe.info xarici mediaya istinadən bildirir ki, İsraili boykot edən şirkətlərə cəzanın tətbiq olunacağı ilə bağlı maraqlı qərar verilib.

Belə ki, bundan sonra İsraili boykot edəcək olan şirkətlərə tenderlərdə iştirak etmək qadağan olunacaq.

Əyalətin valiliyinin yaydığı bəyanatda qeyd olunur ki, İsrail ABŞ-ın Yaxın Şərqdə ən böyük və strateji müttəfiqidi, ona görə də rəsmi Təl-Əvivlə bağlı məsələlərdə daha diqqətli olmaq lazımdır. Bununla yanaşı, həmçinin vurğulanıb ki, ABŞ və İsrail münasibətləri uzun zamanlara dayanan dostluq və qardaşlığa söykənir.

Ona görə də İsraili boykot etmək dostluq münasibətlərinə ziyan vura bilər. Bu baxımdan diqqətli olmaq lazımdır. Məlumatda bildirilir ki, artıq qərar qüvvəyə minib. 

Elmir Murad

Tarix: 28-05-2018, 16:14
Xəbəri paylaş





Xəbər lenti