Ermənilər biabır oldu: "Türkiyə casus göndərdib" dedilər, işə DTX qarışdı (VİDEO)

   Ermənianın Türkiyə ilə sərhəddə yaxın Nor Amasiya kəndində tapılan köpək balığı formasındakı şar ermənilərin qorxusuna səbəb olub.

Qaynarinfo xəbər verir ki, kəndlilər bunun Türkiyə tərəfindən göndərilmiş "casus aparatı" olduğunu düşünüb. Hətta şibhəli şarı çəkib mətbuatda da yayımlayıblar.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin araşdırmasından sonra "casus aparatı"nın əslində zərərsiz bir uşaq oyuncağı olduğu müəyyənləşib. Bu barədə xidmətin yaydığı rəsmi açıqlamada qeyd edilir: 

"Bu gün mediada videokameralı bir şarın tapılmasına dair xəbərlər yayıldı. Tapılan şar Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarına təslim edildi. Şarın Yerəvandakı mağazalarda satılan pultla idarə olunan adi bir oyuncaq olduğu və hər hansı təhlükəsinin olmadığı müəyyənləşdi".

Aydın

Tarix: 28-05-2018, 20:17
Xəbəri paylaş





Xəbər lenti