Diktatorun bir əlində nüvə silahı, bir əlində hamburqer: SİYAHI ÇOX UZUNDUR


“Şimali Koreya  nüvə silahından imtina etməyəcək, ancaq “tezbazar” restoranlar şəbəkəsi aça bilər. Bu isə ölkənin qərb investisiyalarına hazır olduğunu göstərir”.

Cebhe.info xəbər verir ki, bu barədə “NBC News” Mərkəzi Kəşfiyyat İdarəsindəki mənbəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, diktatorun güzəşt siyahısında bir çox şey var. Onların arasına “tezbazar” restoranlar şəbəkəsinin açılması da daxildir. 

İdarənin burqer restoranları məsələsi üzərində bu qədər dayanmasına səbəb 2016-cı ildə indiki prezident Donald Trampın Şimali Koreyaya təklifi olub. Tramp o zaman çıxışında bldirib ki, məhz hamburqerlərə görə diktatorla nüvə silahına dair danışıqlara hazırdır.

Qeyd edək ki, iki liderin görüşü əvvəl təxirə salnsa da, indi ona hazırlıq aparılır. 29 mayda Şimali Koreyanın Əmək Partiyasının nümayəndəsi Kim Yen Çxol görüşə hazırlığı müzakirə etmək üçün Nyu-Yorka gedib. Görüş iyunda Sinqapurda olacaq.

Tarix: 30-05-2018, 11:27
Xəbəri paylaş





Xəbər lenti