İŞİD gecə hücumuna başladı - ŞİDDƏTLİ DÖYÜŞLƏR


İŞİD terror təşkilatının döyüşçüləri 30 mayda Palmira şəhərinə genişmiqyaslı hücuma başlayıb.

Cebhe.info xəbər verir ki, bu barədə  “Al-Masdar News" hərbi mənbələrə istinadən yazıb.

Məlumata görə, hücum 30 mayda gecə saatlarında başlayıb. İŞİD qüvvələri Bəşər Əsədin qoşunlarının Badiyə rayonundakı ordu birləşmələrinə hücum edərək blokadanı yarmaq istəyib. Məqsəd Palmiraya doğru hərəkətdir. Hazırda bölgədə şiddətli döyüşlər davam edir. 

Xatırladaq ki, İŞİD Palmiranı 2015-ci ildə tutmuşdu. 2016-cı ilin martında Rusiyanın köməyi ilə Suriya hökumət qoşunları şəhəri İŞİD-dən azad edib. Ancaq dekabrda şəhər yenidən İŞİD-in nəzarətinə keçib. 2017-ci il 2 martında Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə Palmirada əməliyyatın uğurla nəticələnməsi barədə hesabat verib. 

Tarix: 30-05-2018, 13:57
Xəbəri paylaş





Xəbər lenti