Lavrov: ABŞ ilə münasibətləri normallaşdırmağa hazırıq


Rusiya ABŞ ilə münasibətləri normallaşdırmağa hazırdır və Vaşinqtondan konkret təkliflər gözləyir. Trend-in məlumatına görə, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov beynəlxalq forumda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, təəssüf ki, Rusiya ilə ABŞ münasibətlərində cəbhələşmə normaya çevrilib.

Rusiyalı nazir deyib: "Və bu bizdən asılı deyil. Nə ABŞ, nə də başqa bir ölkə ilə münasibətlərdə cəbhələşmə istəmirik",

S.Lavrov Rusiyanın bütün istiqamətlər üzrə əlaqələri bərpa etməyə hazır olduğunu da xüsusi vurğulayıb.

Tarix: 30-05-2018, 14:21
Xəbəri paylaş





Xəbər lenti