UKRAYNA XÜSUSİ XİDMƏTİNDƏN ŞOK ƏMƏLİYYAT –Öldürüldüyü elan olunan rusiyalı jurnalist Babçenko sağdır (FOTO, VİDEO)



Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasili Qritsak bəyan edib ki, ötən gün öldürüldüyü deyilən jurnalist Arkadiy Babçenko sağdır.

Bu barədə RİA Novosti xəbər verir.

UTX məlumat yayıb ki, quruma əvvəlcədən jurnalistin öldürüləcəyinə dair məlumat daxil olub və qurum bu cinayətin qarşısını alıb.

Qritsakın sözlərinə görə, qətlin təşkilatıçısı Kiyevdə 3 saat əvvəl saxlanılıb. Bu şəxs Rusiya xüsusi-xidmət orqanları tərəfindən ələ alınmış Ukrayna vətəndaşıdır.

Ona bu qətli törətmək üçün 40 min dollar ödənildiyi iddia olunur. Hazırda onunla bağlı istintaq aparılır.

Bundan sonra Babçenko jurnalistlərin qarşısına çıxıb. O deyib ki, bir ay əvvəl sifarişlə öldürüləcəyi barədə məlumat alıb və ona bunun qarşısını almaq üçün xüsusi əməliyyatda iştirak etmək təklif olunub.

“Mən bu yaşananlara görə üzr istəyərəm. Xüsusilə həyat yoldaşımdan. Bu iki gündə yaşadığı cəhənnəmə görə…”

Tarix: 30-05-2018, 22:15
Xəbəri paylaş





Xəbər lenti