Ankaradan SƏRT AÇIQLAMA: “Egey və Aralıq dənizlərində…”


Ankaradan SƏRT AÇIQLAMA: “Egey və Aralıq dənizlərində…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının toplantısı başa çatıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 3 saat 15 dəqiqə davam edən toplantının yekunları ilə bağlı yazılı açıqlama verilib.

Açıqlamada bildirilir ki, Egey və Şərqi Aralıq dənizlərində törədilən təxribatlar zamanı beynəlxalq müqavilələrdən irəli gələn hüquqların qorunmasında heç bir tərəddüd olmayacaq. Bundan başqa, uğurlu anti-terror əməliyyatlarının davam etdiriləcəyi bildirilib.

“Terror təşkilatlarına açıq və ya gizli dəstək verən ölkələr beynəlxalq hüquq normalarına uyğun hərəkət etməlidirlər”, - açıqlamada deyilir.

Həmçinin, Fələstində iki dövlətli həlli və sülhü məhv etməyə yönəlik cəhdlər qınanıb. Bildirilib ki, Türkiyə Fələstinin haqlı mübarizəsinə dəstək verməkdə davam edəcək.

Tarix: 31-05-2018, 00:02
Xəbəri paylaş





Xəbər lenti