Əfqanıstan müharibəsində itkin düşmüş sovet hərbi pilotu tapıldı –Sağ olduğu məlum oldu



 

Əfqanıstanda təyyarəsi vurulan və bu günə kimi itkin düşmüş sayılan sovet hərbi pilotunun sağ olduğu məlum olub.

“RİA Novosti”NİN verdiyi məlumata görə, bu barədə Rusiya Desant İttifaqının rəhbəri, Sovet İttifaqı qəhrəmanı, general-polkovnik Valeri Vostrotin deyib. O bildirib ki, həmin şəxs hazırda Əfqanıstandadır. Vostrotin pilotun kimliyini açıqlamayıb: “Hazırda maddi, inzibati dəstəyə və diplomatik işə ehtiyac var”.

Xatırladaq ki, 1979-cu ilin dekabrında SSRİ Əfqanıstana ordu yeridib. 10 il ərzində 620 minə yaxın sovet əsgər və zabiti Əfqanıstanda hərbi xidmət keçib. Onlardan 14 min 453-ü ölüb. 1979-89-cu illərdə Əfqanıstanda 125 sovet hərbi təyyarəsi vurulub. (apa)

Tarix: 1-06-2018, 14:33
Xəbəri paylaş





Xəbər lenti