İSRAİL İLƏ RUSİYA RAZILAŞDI! - VURACAQLAR...

 Hurriyyet.org xəbər verir ki, mərkəzi ofisi London şəhərində yerləşən “Əşark əl Əvsat” qəzeti İsrail ilə Rusiyanın İran qüvvələrinin Suriyanın cənubunu tərk eləməsi ilə bağlı razılaşma əldə elədiklərini iddia edib. Qəzetin yazdığına görə, İsrailin təhdid hesab elədiyi hədəflərə sərbəst şəkildə hücum eləməsinə icazə verilib.
İsrail ilə İran arasında Suriyanın cənub sərhədlərinə mövcud olan gərginliyin davam eləməsi səbəbindən bölgədəki əcnəbi qüvvələrin çıxarılması ilə bağlı razılaşma əldə edən Rusiya, ABŞ və İordaniya bu razılaşmanın tətbiq edilməsi üçün səylərini davam etdirirlər.

“Əşark əl Əvsat” qəzeti yazır ki, Rusiya prezidenti V.Putin ilə İsrailin baş naziri B.Netanyahunun görüşünün ardından, İsrailin müdafiə naziri Aviqdor Liberman rus həmkarı ilə razılaşma əldə eləyib.
Həm rus, həm də İsrail mənbələrinə istinad edən xəbərə görə, İran qüvvələrinin Suriyanın cənubunu tərk eləməsi və İsrailin təhdid hesab elədiyi hədəflərə sərbəst şəkildə hücum eləməsi məsələsində tərəflər arasında razılıq əldə edilib.
Tarix: 1-06-2018, 22:30
Xəbəri paylaş





Xəbər lenti