Tbilisidə aksiya iştirakçıları Rustaveli prospektindəki yolu bağlayıblar


Tbilisidə Gürcüstan hökumətinin istefasını tələb edən aksiya iştirakçıları Rustaveli prospektindəki yolu bağlayıblar.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu gün keçirilən aksiyada 300-dən insan iştirak edib.

Onlar parlament binasının qarşısındakı yola toplaşaraq avtomobillərin hərəkətinə mane olublar.

Aksiya iştirakcıları ölkədə qanunun aliliyinin bərqərar olmasını tələb edirlər, hər hansı bir siyasi bəyanat səsləndirilmir. Lakin aksiya iştirakçilarının hökumətin istefası tələbi qüvvədə qalır.

Tarix: 1-06-2018, 23:12
Xəbəri paylaş





Xəbər lenti