Moskvanın müttəfiqi: Krımı ona görə tanımadıq ki...


Əgər Serbiya Krımı Rusiyanın bir hissəsi kimi tanısaydı, o zaman Kosovanın müstəqilliyini də dəstəkləməli olacaqdı.

Axar.az xəbər verir ki, bunu “Le Monde” qəzetinə müsahibəsində Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Biz Krımı Rusiyanın bir hissəsi kimi tanımamışıq. Əgər bunu etsəydik, o zaman bu, Kosovanın da müstəqilliyini dəstəkləmək olardı. Özünüzü bizim yerimizə qoyun. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən kim bizim ərazi bütövlüyümüzü dəstəkləyir? Rusiya. Bizim Rusiya ilə əlaqələri pozmağımız öz ayağımıza atəş açmağımız deməkdir.

Biz Krımı tanımadıq, amma biz həm də 2014-cü ildə Moskvaya qarşı sanksiyaları dəstəkləmədik. Əgər Serbiya o zaman Avropa Birliyinin üzvü olsaydı, o zaman vahid xarici siyasətlə bağlı bütün öhdəliklərini icra etmək məcburiyyətində qalardı. Ümid edirəm ki, AB-Rusiya əlaqələri 5-6 il sonra dəyişəcək.

Bizim AB ilə əlaqələrimiz Rusiya ilə münasibətlərin əleyhinə deyil”, – deyə o bildirib.

Tarix: 2-06-2018, 13:21
Xəbəri paylaş





Xəbər lenti