Türkiyə ordusunun olduğu ölkə işğal ediləcək – Kralın yazdığı məktubun ŞOK TƏFƏRRÜATLARI



 

Qətər hakimiyyəti Rusiyadan “S-400” zenit-raket sistemlərini alarsa, Səudiyyə Ərəbistanı bu ölkəyə qarşı hərbi əməliyyat keçirməyə hazırdır.
Publika.az Fransanın “Monde” nəşrinə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səud Fransa prezidenti Emmanuel Makrona göndərdiyi məktubda deyilir.
Fransız nəşr qeyd edir ki, Səudiyyə kralı Yelisey sarayına məktubunda Doha-Moskva danışıqları ilə əlaqədar dərin narahatlığını çatdırıb. Kral bildirib ki, “S-400”lərin Qətərin ərazisində yerləşdirilməsi Səudiyyə Ərəbistanının hava məkanının təhlükəsizliyinə təsir edəcək. Qeyd edilir ki, nəticədə eskalasiya riski yaranır.
Nəşrin məlumatına görə, Səudiyyə kralı Fransa prezidentinə “S-400”lərin satışının qarşısını almağa və regionda sabitliyi saxlamağa xahiş edir.
“Krallıq bu müdafiə sisteminin Qətərdə yerləşdirilməməsi üçün hərbi hərəkətlər də daxil olmaqla, bütün lazımı addımları atmağa hazırdır”, - qəzet məktubdan sitat gətirib.

Fransanın Xarici İşlər Nazirliyi və Səudiyyə Ərəbistanının hakimiyyəti nəşrin xəbərini şərh etməyiblər.
Daha əvvəl Qətərin Rusiyadaki səfiri Fahd əl-Attıyya bildirib ki, ölkəsi Rusiya ilə zenit-raket ssitemlərinin alınması ehtimalını müzakirə edir. KİV dəqiqləşdirib ki, Qətərin “S-400”sistemlərinin alınmasına marağı var. Ötən il Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Dohaya səfər zamanı Rusiya və Qətər arasında hərbi-texniki əməkdaşlıq haqqında hökumətlərarası razılaşma imzalanıb.
Qətər qonşu ölkələr - Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərdə davam edən böhranın fonunda hava hücumundan müdafiə sistemlərinin alınması haqqında danışıqları aktivləşdirib.
Qeyd edək ki, Türkiyə Fars körfəzində Qətərin müttəfiqi rolunda çıxış edir. Qətərdə Türkiyənin hərbi bazası yerləşir.
2017-ci ildə isə Rusiya və Səudiyyə Ərəbistanı “S-400”lərin alınması haqqında razılaşıb. Səudiyyə Ərəbistanının Moskvadakı səfiri “RİA-Novosti” agentliyinə bildirib ki, zenit-raket sistemlərinin çatdırılması haqqında danışıqlar müvəffəqiyyətlə gedir.
Tarix: 2-06-2018, 18:21
Xəbəri paylaş





Xəbər lenti