Şimali Koreyanın ikinci ən güclü adamı Trampla görüşdü –ABŞ prezidenti Kim Conq Unla 12 iyunda sammit keçirəcəklərini təsdiqlədi



Former North Korean military intelligence chief Kim Yong Chol and President Donald Trump walk out of the Oval Office, Friday, June 1, 2018, in Washington. Chol has presented Trump a letter from North Korean leader Kim Jong Un. (AP Photo/Andrew Harnik)

ABŞ prezidenti Donald Tramp cümə günü Ağ Evdə Şimali Koreyanın ikinci ən güçlü adamı adlandırdığı general ilə 80 dəqiqə görüş keçirib. Daha sonra Tramp müxbirlərə deyib ki, onunla Şimali Koreya lideri Kim Conq Un arasında iyunun 12-də Sinqapurda sammit baş tutacaq.

Lakin Tramp gözləntiləri azaldıb və deyib ki, sammit “bir başlanğıc” olacaq və Pxenyanı nüvəsizləşdirməyə razı salmaq üçün əlavə müzkirələr aparılmalıdır. “Biz iyunun 12-də heç nəyə imza atmayacağıq. Biz prosesi başladacağıq,” o deyib. Prezident deyib ki, Şimaki Koreyanın hərbi kəşfiyyat idarəsinin keçmiş rəhbəri Kim Yonq Çola “Tələsməyin. Biz bu addımları tez də, yavaş da ata bilərik,” söyləyib. Prezident Şimali Koreyaya qarşı sanskiyaların, onlar nüvə arsenalından əl çəkməyənədək aradan qaldırılmayacağına aydınlıq gətirib. Bəzi müşahidəçilər Tramp ilə Kimin əldə etmək istədikləri razılıqla bağlı aydın gözləntilərinin olduğunu deyir. Lakin onların gözləntilərinin hər hansı mənada üst-üstə düşüb-düşməyəcəyi hələ aydın deyil.

Cümə günü amerikalı şirkətlərə qarşı kiber-hücumlarla əlaqəsi olduğuna görə ABŞ sanksiyalarına məruz falan Kim Yonq Çol Ağ Evdə prezident Trampa Kim Conq Unun ona ünvanladığı məktubu təqdim edib. Tramp məktubda nə yazıldığını açıqlamayıb.

Tarix: 2-06-2018, 20:33
Xəbəri paylaş





Xəbər lenti