«ABŞ-ın yeni rüsumları transatlantik münasibətləri zəiflədir» – AK bəyan edir

 «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqının (Aİ) ticarət üzrə komisarı xanım Sesiliya Malmstrem mətbuat konfransında bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) polad və alüminium idxalına yeni rüsumlar tətbiq etmək barədəki qərarı transatlantik münasibətləri zəiflədir.
«Bu, transatlantik münasibətləri zəiflədir» – xanım komisar bildirib.
O, qeyd edib ki, cümə günü səhər saat 6-dan başlayaraq, Avropadan ABŞ-a polad və alüminium ixracı yeni – 25 və 10 faizlik rüsum altına düşüb.
«Bu, bizim polad və alüminium sənayemizə çoxlu zərər vuracaq» – deyə, avrokomisar əlavə edib.
«Biz, rebalanslaşdırma tədbirləri hazırlığına başlamışıq. Biz, bunu yaxın həftələrdə – iyunun 20-ə qədər edəcəyik» – deyə, Malmstrem bildirib.
Tarix: 3-06-2018, 09:24
Xəbəri paylaş





Xəbər lenti