NATO-nun baş katibi:"İranla münaqişədə İsrailə dəstək verməyəcəyik"



İranla hərbi münaqişədə NATO İsrailə dəstək verməyəcək.

APA-nın xəbərinə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq“Der Spiegel” nəşrinə müsahibəsində bildirib.

NATO İsrailə təhlükəsizlik zəmanəti verə bilmir, çünki bu ölkə təşkilatın üzvü deyil. Baxmayaraq ki, İsrail Alyansın tərəfdaşıdır”, – deyə baş katib bildirib.

Yens Stoltenberq həmçinin NATO-nun Yaxın Şərq münaqişəsinin nizamlanması prosesində iştirak etmədiyini qeyd edib: “Bu, bizim işimiz deyil”.

Baş katib, NATO-ya üzv olan ölkələr arasında İranla bağlanmış nüvə sazişinə dair fikir ayrılıqlarının olduğunu etiraf edib: “Təşkilatın bütün üzvləri regionda gərginliyə səbəb olan İranın raket proqramından və Tehranın terrorçu qruplaşmalara dəstək verməsindən narahatdır”. 

Tarix: 3-06-2018, 10:23
Xəbəri paylaş





Xəbər lenti