Sabiq baş nazirin oğlu partiya yaradır


Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan “Milli görüş” siyasi xəttinin yeni partiya qurmağa hazırlaşdığını bildirib.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, Fatih Ərbakan partiyanın iyulda qurulacağını və 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərinə qatılacağını deyib. Manisada keçirilən toplantıda sabiq baş nazirin oğlu hazırda “Milli görüş”ün əsas siyasi təşkilatı olan Səadət partiyasını tənqid edib.

Ərbakanın oğlu “Milli görüş” ideya-siyasi xəttinin yeni güclü partiyaya ehtiyacı olduğunu bildirib. Fatih Ərbakanın çıxışı zamanı tez-tez “Mücahid Ərbakan” şüarları səslənib.

Tarix: 3-06-2018, 12:24
Xəbəri paylaş





Xəbər lenti