Avropa - ABŞ ticarət savaşı nə qədər sürəcək?


“Avropa bu vaxta qədər ən yaxşı bacardığı işi görməlidir: Gözləmək- “Die Presse”

ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra verdiyi ən böyük vədlərindən birini yerinə yetirib - az qala bütün dünya ilə ticarət müharibəsi aparmaq....

Özü də Ağ Evin yeni rəhbəri üçün qarşısındakının kim olmasının fərqi də yoxdur-istər geopolitik düşmən Çin olsun, istərsə də NATO müttəfiqi sayılan Avropa Birliyi.

İqtisad təhlilçilərinin fikrincə, Avropanın bu savaşda qalib gəlmə şansı yoxdur. Buna görə də səbr problemin ən yaxşı dərmanı ola bilər.

“Tramp hazırda seçki kampaniyasının ən qızğın vaxtındadır (noyabr ayında Nümayəndələr palatasına və Senatın bir hissəsinə seçkilər keçiriləcək-red.). Ona görə də Avropa Trampın əlinə yeni kozır vermədən, özünü ticarət müharibəsinin içinə atmamalıdır”, -Almaniyanın “Die Presse” qəzetindən Gerhard Hofer yazır.

ÐаÑÑинки по запÑоÑÑ Gerhard Hofer die

Məqalədə ABŞ prezidentinin Avropanı metal və alüminium məhsullarına cərimə rüsumları tətbiq edəcəyi ilə hədələdiyi qeyd olunur.

“Əgər avropalılar İncildəki “gözə-göz, dişə-diş” prinsipi ilə hərəkət etməli olduğunu düşünürlərsə, o zaman amerikalıların bu meydanda daha təcrübəli olduğunu, həmçinin əsas tuzların Vaşinqtonun əlində tutulduğunu bilməlidirlər. İş Avropadan gətirilən avtomobillərə də əlavə rüsum tətbiq olunmasına qədər çıxa bilər. Bundan başqa, ticarət müharibəsi türk lirasının çöküşünü və “Breksit”in hələ ortaya çıxmayan başqa nəticələrini də özü ilə bərabər uçuruma daşıya bilər”, - müəllif qeyd edir.

Hofferin firkincə, avropalıların bu savaşda qalib gəlmək şansı olduqca azdır:

“İndi, bir ağızdan, xorla “Ağ evi zəbt edən dəli” haqqında mahnı oxumaq əvəzinə obyektiv situasiyaya baxmaq lazımdır. Məlumdur ki, Avropanın ABŞ mallarına tətbiq etdiyi rüsümlar orta hesabla 1,7 % çoxdur. Trampın cərimə rüsumları, onun dediyinə görə, belə bir ədalətsizliyi düzəltmək üçündür”.

Müəllif rüsum məsələsinin altında başqa səbəblərin olduğunu düşünür:

“Burada söhbət stəkanda qoparılan siyasi-iqtisadi fırtınadan gedə bilər. AB ölkələri ABŞ-a hər il 5 milyard dollarlıq metal ixrac edirlər. Statistikada bu əslində qəpik-quruş kimi görünür. Lakin əgər avropalılar cavab olaraq, məsələn, Floridadan gələn portağallara və ya Viskonsindən gətirilən motosikletlərə sanksiya tətbiq etsə, iş əsl ticarət münaqişəsinə qədər gedib çıxacaq. Həqiqi böhran vəziyyəti isə Trampın Avropanın minik maşınlarına gətirə biləcəyi rüsumlar zamanı ortaya çıxa bilər. Avropanın statistika idarəsi “Eurostat”ın məlumatlarına görə, Birliyin ABŞ-a ixrac etdiyi mallar içində məhz avtomobillər birinci yer tutur-38 milyard dollar!”.

ÐаÑÑинки по запÑоÑÑ AB ölkÉlÉri

Hofferin rəyinə görə, AB prezidenti və Avropadakı bəzi populist qüvvələr məsələni qəsdən şişirtməklə daxili auditoriyaya oynayırlar.

“Tramp başa düşür ki, rüsumlar Avropa ilə ticarət kəsirini azaltmaz. Lakin noyabrdakı seçkilərdə onun seçicilərə nəyisə göstərməsi lazımdır. Özü də Tramp metal sənayesinin güclü olduğu Ohayo və Pensilvaniya ştatlarında həm senator, həm də qubernator seçkilərini udmaq istəyir. Bu avtomobil sənayesinin beşiyi sayılan Miçiqana da aiddir”.

Yazıda Trampın istənilən xarici siyasi fəaliyyətə seçicilərin gözündə əlavə xal qazanmaq vasitəsi kimi baxdığı qeyd olunur.

ÐаÑÑинки по запÑоÑÑ trampın siyasÉti

“Avropada isə populistlər indi tam anti-amerikan xəttini götürüblər. Trampın davranışları isə onlar tərəfindən böyük məmnuniyyətlə arqument kimi istifadə olunur. Moskvaya yaxın bu cür siyasətçilər bundan istifadə edərək, anti-Rusiya sanksiyalarını da azaltmağı fikirləşirlər”, - yazıda bildirilir.

Müəllif Hoffer AB-nin son böhranlardan sonra gözləmə mövqeyi tutmaq əvəzinə tələsik şəkildə cavab addımları atmasının əsl səfehlik olacağını qeyd edib.

Musavat.com

ÐаÑÑинки по запÑоÑÑ avropa birliyi

 

Tarix: 3-06-2018, 20:22
Xəbəri paylaş





Xəbər lenti