Putinin keçmiş arvadı boşanandan sonra necə yaşayır?
Moskvadan 20 kilometr aralıda yerləşən Yeni Riqa boyu kotteclər qəsəbəsi "Millenium parkı" podmoskovyenin Venetsiyası adlandırırlar. Rosreyesterin məlumatına görə Lyudmila Aleksandrovna Oçeretnaya (ikinci ərə gedəndən sonra Vladimir Putinin keçmiş arvadını belə adlandırırlar) 2016-ci ildə təxminən iki hektar yarım - 240 sot torpaq satın alıb. 

Jurnalistlərin sözlərinə görə Lyudmila kanal boyunca səkkiz torpaq sahəsi alıb. Torpaq sahəsi meşəyə və suya yaxın olanda yerlərin qiyməti də bahalaşır. Keçmiş prezident xanımının da aldığı torpaq sahələrinin dəyəri 384 milyon rubldan, 432 milyon rubla qədər dəyişir.

Podmoskovye Venetsiyasındakı torpaq sahəsinə Lyudmila Oçeretnaya az müddətə sahib olub. 2017-nin noyabrında bütün iki hektar yarım sahəni Rusiyanın böyük farmasept şirkətlərindən biri “Farmsintez”in əsasını qoyan Vikram Puninin arvadı İrina Puniyə satıb. Telefon danışığında Vikram Puni torpağı alınması faktını təsdiqləsə də, onun əvvəlki sahibinin kimliyi barədə heç bir məlumatının olmadığını söyləyib, belə ki, alqı-satqı rielitor şirkətin vasitəsi ilə baş tutub. Torpağın qiyməti barədə suala isə cavab verməkdən imtina edib.

2017-ci ilin aprelində OCSRP saytı aydınlaşdırıb ki, Fransanın Biarritse bölgəsindəki “Syuzanna” vilası Lyudmila Oçeretniyə məxsusdur və dəyəri altı milyon avrodan artıqdır.

2017-də “Meduza” və OCSRP nin yaydığı məlumata görə “Syuzanna villası” da sahiblərinin diqqətindən kənardır: onun yenidən konstruksiya edilməsi dayandırılıb. OCSRP-nin müxbiri sonuncu dəfə keçən payız villada olub: bir neçə divarlar, pəncərə çərçivələri, dam örtüyünün bir tərəfi hələ də yoxdur. “Syuzanna”nın sahibi hələ də Artur Oçeretnidir. Amma, Fransa kadastrında villanın şəxsən ona deyil, ona məxsus olan şirkətə aid olduğu qeyd edilib.

Eyni zamanda qeyd olunur ki, “şəxslərarası kommunikasiyaların inkişafı mərkəzi” Putindən boşanandan sonra Lyudmilanın gəlir mənbəyi olub. Bundan başqa nəşrin yazdığına görə Putinin keçmiş arvadı 2014-dən daşınmaz əmlakla məşğul olan “Meridian” şirkətinin sahibidir. Hissələrin 99%-i ona məxsusdur.

Lyudmilanın Artur Oçeretniyə ərə getməsi iki əl əvvəl məlum olub. Arturun 38 yaşı var, o Podmoskovyedə - Lyubertsı şəhərində anadan olub və böyüyüb. Putinlə rəsmi boşanmadan sonra 2013-cü ildə Lyudmila və Artur evlənirlər, hətta eks-birinci ledi soyadını da dəyişir.(moderator.az)                                                                                      Siam.az