5 gün sonra Tiflis: NƏ GÖZLƏNİLİR?


Gürcüstanda övladının qətlinin düzgün araşdırılmamasına etiraz edən valideyn hökumətə vaxt verib.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, günlərdir ölkədə kütləvi aksiyalara səbəb olan hadisənin araşdırılması üçün ata Zaza Saralidze hökumətə 10 iyuna qədər möhlət verib. Bu müddətdə hökumətdən konkret addımların atılması tələb edilir. Bu barədə Saralidze baş nazir Georgi Kvirikaşvili ilə görüşdən sonra bildirib. 

O, mövqeyindən geri çəkilmədiyini bəyan edib: "Əgər addım atılmasa, mövqeyimdə qalacağam- sistem dağılmalıdır".

Bu müddətdə isə aksiyalar davam edəcək.

Məlumat üçün bildirək ki, bir neçə gündür Tiflisdə Rustaveli küçəsində qurulan çadırlarda aksiya keçirilir. Aksiyaçılar yeniyetmənin qətlinin düzgün araşdırılması ilə yanaşı baş nazirin istefasını tələb edir. 

Tarix: 5-06-2018, 11:26
Xəbəri paylaş





Xəbər lenti