"Paşinyan Rusiya ilə qarşıdurmaya gedir" - POLİTOLOQ


“Ermənistanda məxməri inqilabla hakimiyyətə gələn qərbpərəst Nikol Paşinyanın xarici siyasəti onu Rusiya ilə siyasi qarşıdurmaya gətirəcək. Ölkədə növbədənkənar parlament seçkilərinə qədər Paşinyan Qarabağda separatçı rejimin lideri Serj Sarkisyanın yaxın adamı Bako Saakyanı uzaqlaşdırmağı planlayır”. 

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadədeyib. Onun sözlərinə görə Bako Saakyan birbaşa Moskvanın adamıdır və Kreml hər an Bako Saakyanın əli ilə Paşinayana qarşı surpirizlər hazırlaya bilər: 

“Bunu Qarabağda etirazların,  Ermənistanda baş verənlərin xronoloji ardıcıllığının nəticəsi kimi qiymətləndirmək olar. Hazırda Ermənistanda yerli ermənilərlə Qarabağ erməniləri arasında ciddi konflikt hökm sürür. Paşinyanın ordu rəhbərliyindən Qarabağ ermənilərini uzaqlaşdırması, hökumətdə özünə sadiq şəxsləri təyin etməsi, xüsusiilə qərbyönümlü şəxslərə üstünlük verməsi, qarabağlı erməni generallarında və siyasi elitasında ciddi narazılıq yaradır. Qeyd edim ki, Paşinyanın ordu rəhbərliyində Saakyanın yaxın adamalarını uzaqlaşdırması və separatçı Qarabağ liderinə qarşı etirazların təşkil edilməsi, əsasən Yerevanda ABŞ səfirliyinin təlimatı ilə həyata keçirilir”.

Politoloq vurğulayıb ki, baş nazir Nikol Paşinyan işğal olunmuş ərazilərdə separatçıları uzaqlaşdıra bilərsə, Qarabağ danışıqlarında yeni mərhələ başlaya bilər: 

“Qeyd edim ki, ABŞ tərəfindən maliyyə və siyasi dəstək verilən Paşinayana konkret tapşırıqlar Vaşinqtondan verilib. Bu tapşırıqlar hakimiyyətdən Rusiyaya bağlı şəxsləri uzaqlaşıdırmaq və ölkənin inkişafı üçün əməli addımlar atmaqdır. Burada Qarabağ münaqişəsinin həlli də mühüm amildir. Məhz Trampın Azərbaycan prezidentinə təbrik məktubunda Qarabağla bağlı növbəti aylarda addımların atılacağını qeyd etməsi, məhz Ermənistandakı son proseslərlə əlaqədardır.

Hazırda rəsmi Bakının Yerevana təmkinli siyasəti bununla əlaqədardır. Paşınyan Ermənistanda və Qarabağda Rusiyaya bağlı şəxsləri uzaqlaşdırıb, növbəti seçkilərdə qələbə qazanarsa, Vaşinqtonun istəyi ilə ciddi şəkildə Qarabağa danışıqlarına qatıla bilər. Vaşinqton bilir ki, regionda Qarabağ konflikti həll edilmədən Rusiya Cənubi Qafqazdan və Ermənistandan çıxmayacaq.

Ermənistanda baş verənlər sistem və klanaların təmizlənməsidi. Burada inqilab və islahatlar Qərbin siyasi hakimiyyətdə möhkəmlənməsinə və Rusiyanın uzaqlaşdırılmasına hesablanıb. Ümumiyyətlə, Rusiyanın Ermənistanda nüfuzunun zəifləməsi, Azərbaycan və region üçün mühüm əhəmiyyət kəsb edir”.

Məhəmməd Əsədullazadə onu da əlavə edib ki, Nikol Paşinyanın Qarabağla sərt, kompromissiz açıqlamaları daxili auditoriya, xüsusi ilə separatçılar üçün hesablanıb. Rusiyaya bağlı siyasilər və separatçılar hakimiyyətdən uzaqlaşarsa, növbədənkənar parlament seçkilərində Paşinyan qələbə çalasa, o artıq Qarabağ münaqişəsinin mümkün həllini ortaya qoyacaq: 

“Paşinyan Rusiyadan uzalaşa bilərsə, ABŞ onu Rusiyadan qorusa, Qarabağla bağlı yeni gəlişmələrin şahidi olacağıq. İlk növbədə Qarabağ separatçılarını və generalları zərərləşdirməkdi. Qeyd edim ki, bir müddət bundan əvvəl separtçıların lideri olan hazırda həbsdə saxlanılan Samvel Babayanın azadlığı üçün bir qrup şəxslərin etirazına rəğmən onun azadlığa buraxılmaması, məhz Qarabağ ermənilərinin zərərləşdirilməsinə hesabalanıb. Ermənistanda ağrılı siyasət davam edir. Əgər, bu siyasət və islahatlar münaqişənin həlli ilə bağlı real danışıqlara töhfə verməsə, Rusiya Yerevanla əlaqələri soyuyarsa, müharibə ehtimalı qaçılmaz ola bilər”.

Alçina Amilqızı

Tarix: 5-06-2018, 11:27
Xəbəri paylaş





Xəbər lenti