Rusiyada ekoloji cəhənnəmlər və cənnətlər


Rusiyanın “Yaşıl patrul” ictimai təşkilatı ekoloji durum hesabatı yayıb.

Novator.az-ın məlumatına görə, 2018-ci ilin yaz fəslini əhatə edən hesabatda bildirilir ki, ekoloji baxımdan ən acınacaqlı vəziyyət Sverdlovsk vilayətində qeydə alınıb. Bu bölgə reytinq cədvəlində sonuncu – 85-ci yerdə dayanır.

Ekoloji durumu ən pis regionlar sırasında Çelyabinsk vilayəti və Moskva ətrafı bölgəsi də göstərilir.

“Yaşıl patrul”un hesabatında ekoloji baxımdan ən yaxşı region kimi Tambov vilayəti yer alır.

Ekoloji durumuna görə qabaqcıl bölgələrin ilk onluğunda Altay Respublikası, Altay mahalı, Kursk, Belqorod, Murmansk vilayətləri, Sankt-Peterburq şəhəri, Ulyanovsk vilayəti, Çuvaş və Komi Respublikaları qərarlaşıb.

Reytinq 2007-ci ildən ildə 4 dəfə, hər fəslin yekunu üzrə acıqlanır.

Tarix: 5-06-2018, 14:08
Xəbəri paylaş





Xəbər lenti