Sarkisyanın adamları dağılışır:Deputat-oliqarxlar kütləvi istefa verir- Şərab zavodunda İCLAS






Ermənistanda  baş vermiş “məxməri inqilab”dan sonra Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının parlament  fraksiyasında təmsil olunan oliqarx-deputatlar kütləvi şəkildə istefa verməyə başlayıb. 

Qeyd edək ki, iyunun 4-də Respublika Partiyasının fraksiyasının sıralarını  Feliks Tsolakyan tərk edib. O, bundan sonra müstəqil deputat kimi fəaliyyət göstərmək istədiyini deyib.  Son bir həftədə isə Serj Sarkisyanın partiyasındakı deputatlardan Şirak Torosyan, Artur Gevorkyan və Arman Saakyan  istefa verib. 

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, Ermənistan Respublika  Partiyasının deputat fraksiyasının rəhbəri Vahram  Baqdasaryan istefa verməkdə  hər kəsin müstəqil olduğunu  bildirib:

"Biz fraksiyamızın biznes qanadının nümayəndələrinə azad olduqlarını və hər hansı maneə törədilmədən  sakitcə fraksiyanı tərk edə biləcəklərini demişik. Biz heç kimə yolu bağlamırıq”

Baqdasaryan hazırda RP-nın deputatlarının sayının 54 nəfərə endiyini deyib.

  

Vaham Bağdasaryanın verdiyi məlumata görə, keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi RP fraksiyasının nümayəndələri bir gün əvvəl böyük iş adamı, millət vəkili Araik Qriqoryana məxsus olan "Avşar" şərab zavodunda toplaşıblar. 

Həmin yığıncaqda Ermənistanın vitse-spikeri və Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri  Arpinne Ovnnisyan,  Miqran Poqosyan, Aman Saakyan, Feliks Tsolakyan, Alik Sarkisyan, tanınmış iş adamı, supermarketlər şəbəkəsinin rəhbəri Samvel Aleksanyan  iştirak ediblər. Deputatlar Ermənistan Respuiblika Partiyasının gələcək taleyini müzakirə ediblər. 

Samvel Aleksanyan “Mənim  işim çoxdur” deyərək  müzakirələri vaxtından əvvəl tərk edib. 

Serj Sarkisyan isə “Biznes nümayəndələri azaddır. Kim istəsə, Ermənistan Respublika Partiyasını tərk edə bilər”,-deyə məsələyə münasibət bildirib. Siyasi bloka gəldikdə isə Serj Sarkisyan onları da azad etdiyini deyib. “ Lakin onlar getmək istəyirlərsə, deputat mandatını yerə qoymağa borcludurlar.

Çünki əxlaq belə buyurur”,-deyə Serj Sarkisyan xəbərdarlıq edib.  Mətbuat   artıq Samvel Aleksanyan və "SAS Group" şirkətinin sahibi Artak Sarkisyan da RPİ-dən çıxacağını yazır. 

Dünən isə 2017-ci ilin oktyabr ayında Serj Sarksiyan tərəfindən  Dövlət Sosial Təminat Xidmətinin rəisi təyin edilmiş Ovannes Saakyan istefa verib. 


Tarix: 5-06-2018, 21:09
Xəbəri paylaş





Xəbər lenti