NATO-dan Kremlə "Qılınc zərbəsi" - GƏRGİNLİK


"NATO-Rusiya siyasi toqquşması yeni mərhələyə qədəm qoyur. Buna səbəb NATO-nun 18 minlik şəxsi heyət və zirehli texnikasının müşaiyəti ilə Rusiya sərhəddinə yaxın Litva və Polşada  "Qılınc zərbəsi" kod adlı hərbi təlimlərə start verməsidir". 

Cebhe.info xəbər verir ki, bu fikirlərlə AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadədeyib. O, deyib ki, Alyans Rusiya təcavüzünə qarşı 30 minlik çevik ordu yaratmağı planlaşdırmaqla, faktiki Rusiyaya qarşı mümkün hərbi hərəkətliliyə başlayır:

"Göründüyü kimi Şərqi Avropada Rusiyanın artan aqressiyasına qarşı ABŞ başda olmaqla, NATO-nun tədbrilər planı bu gün Avropanın təhlükəsizliyini təmin etsə də, bu soyuq müharibənin işartısıdır. Bir sözlə Polşa, Baltikayanı ölkələrə Rusiyanın düşmən mövqe tutmasına gətirib çıxartmaqdadır.

Qeyd edim ki, Belarusda, Ukraynanın şərqində Rusiya silahlı qüvvələri hazır vəziyyətə gətirilib və mümkün ssenarilərə qarşı müdaifə və hücum planlarına malikdir. Kreml plana əsasən Baltikyanı ölkələri nəzarətə götürmək, Polşaya Belarus tərəfindən sarsıdıcı zərbələr endirmək, Ukraynanın işğalını davam etdirməkdir. NATO-nun qüvvələrinə sarsıdıcı zərbə endirməkdi. Hazırda Rusiyanın silahlı qüvvələrinin böyük qismi Şərqi Avropa sərhədlərində yerləşdirilib. NATO və Rusiya burada cəbhə formalaşdırmaqla bir-birlərinə əzələ nümayiş etdirirlər". 

Politoloqun sözlərinə görə NATO-nun əsas missiyası Polşa və Baltikyanı ölkələri Rusiyanın mümkün  Ukrayna və Gürcüstandakı kimi  işğal ssenarilərindən qorumaq, Şərqi Avropanın təhlükisizliyini təmin etməkdir:  

"Rusiya isə ABŞ-ın apardığı siyasətə qarşı Polşa və Latviyanın bir hissəsini işğal etmək potensialına özündə saxlayır. Ona görə də, ABŞ və NATO durmadan öz silahlı birliklərini bu istiqamətdə yerləşdirir. 

Demək olar ki, iki qüvvə arasında əsəb müharibəsi davam edir. Bu arada yenidən ABŞ və Rusiya baş qərargah rəislərinin Bakı görüşü gözlənilir. Tərəflərin apardığı əzələ nümayişi və psixoloji müharibə bu gün region üçün ciddi təhdid edici faktordu. 

Qeyd edim ki, əgər Rusiya öz aqressiyasından əl çəkməsə, NATO-nun çevik qüvvələri tədricən Ukraynada yerləşdiriləcək. Məhz, Alyansın nəzərdə tutduğu 30 minlik çevik qüvvə Ukrayanın yaxın perspektivdə Rusiyanın işğalından qorumaqdı. Putin Rusiyası növbəti illərdə NATO və ABŞ -la soyuq müharibəni davam etdirməkdə israrlı görünür. İrana qarşı sanksiyalar, Ukrayna böhranı və Suriya münaqişəsi ABŞ-Rusiya qarşıdurmasını dərinləşdirir".

Alçina Amilqızı 

Tarix: 6-06-2018, 14:14
Xəbəri paylaş





Xəbər lenti