“30-30-30-30”: Rusiyanı vurmaq üçün sirli 30 rəqəmindən ibarət PLAN


ABŞ avropalı müttəfiqlərinə müraciət edərək batalyon, gəmi və təyyarlərini potensial Rusiya təcavüzünün qarşısını almaq üçün hazır vəziyyətə gətirməyə çağırıb.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Ceyms Məttis bu plana geniş dəstək qazanmağa çalışır və müdafiə nazirlərinin Brüsseldə sabah keçiriləcək toplantısında dəstəyə ümid edir. ABŞ və NATO təmsilçilərinin bildirdiyinə görə, bu görüşdə aparılan müzakirələr iyul sammitində planın qəbuluna şərait yaratmağa xidmət edəcək.

Plana görə, NATO-nun 30 piyada batalyonu, 30 qırıcı eskadriliyası, 30 hərbi gəmisi 30 gün ərzində hazırlıq vəziyyətinə gətirilməlidir. Ancaq planda iştrak edəcək hərbi qulluqçuların sayı açıqlanmır.

Ümumilikdə isə NATO batalyonlarında 600-1000 hərbçi olur. 

NATO-nun yüksək rütbəli təmçilçisi "Bizim Rusiya kimi rəqibimiz var, o, qısa müddətdə Baltik və Polşa ərazisinə keçə bilər",- deyə vurğulayıb. Bu şəxsin ABŞ-ın yeni planı "30-30-30-30" ilə yaxın tanışlığı var. 

"Biz aylarımızı mobillışməyə sərf eə bilmərik",- deyə NATO təmsilçisi "Amerikanın səsi"nə bildirib. 

Xəzər

Tarix: 6-06-2018, 14:32
Xəbəri paylaş





Xəbər lenti