Paşinyan Sərkisyanın daha bir kadrını yola saldı


Ermənistan hakimiyyətində növbəti istefa qeydə alınıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ölkənin xüsusi istintaq xidmətinin rəisi Vaqram Şaginyan postundan istefa verdiyini bəyan edib. O, istefasının səbəbini açıqlamayıb.

2016-cı ilin yayında Vaqram Şaqinyanın qızı və kürəkəninin işdən qovulduğu barədə xəbər yayılmışdı. Uzun illərdir bu postda çalışan Şaqinyan Sərksiyanın yaxın kadrlarından idi.

Qeyd edək ki, Nikol Paşinyan hökumət başına gələndən sonra Serj Sərkisyanın kadrlarını “məxməri yolla” sıradan çıxarır.

Tarix: 6-06-2018, 16:21
Xəbəri paylaş





Xəbər lenti