"Döyüşlər başlasa, Kiyev tamamilə..." - Sensasion açıqlama


“Döyüşlər Kiyevə çatarsa, şəhər tamamilə boşaldılacaq”.
Bu barədə Ukrayna İctimai Radiosunda Kiyev Şəhər Dövlət Administrasiyasının Bələdiyyə Təhlükəsizlik Departamentinin direktoru Roman Tkaçuk məlumat verib.
O bildirib ki, hərbi əməliyyatlar baş verərsə, evakuasiya həyata keçiriləcək və şəhərdə yalnız mühüm infrastrukturun və Silahlı Qüvvələrin işçiləri qalacaq.
Meriyanın nümayəndəsi əlavə edib ki, belə olan təqdirdə müvafiq bölmələr mühüm infrastruktur obyektlərinin fəaliyyətini təmin etmək üçün həm quru, həm də yeraltı nəqliyyatda çalışacaq. /Teleqraf.com/
Tarix: 18-02-2022, 15:08
Xəbəri paylaş





Xəbər lenti