"DXR" və "LXR" liderləri əhalini Rusiyaya təxliyə olunmağa çağırıb - VİDEO



Donbassda mülki müdafiə sirenləri işə düşüb. Bölgə əhalisi Rusiyaya təxliyə olunmağa çağırılır.
“LXR” lideri Leonid Paseçnik bildirib ki, Rusiya Federasiyası insanları öz ərazisində yerləşdirməyə hazırdır. O, həmçinin kişiləri "LXR"-ı "müdafiə etməyə" çağırıb.
Donetsk separatçılarının lideri Denis Puşilin də bildirib ki, qondarma “DXR” hakimiyyəti əhalinin kütləvi şəkildə Rusiyaya təxliyəsini təşkil edib. Puşilinin sözlərinə görə, “ilk növbədə qadınlar, uşaqlar və qocalar təxliyə edilir”.



Tarix: 18-02-2022, 22:12
Xəbəri paylaş





Xəbər lenti