MÜHARİBƏ TEATRI: Bu, Putinin Ukrayna sərhədindəki sonuncu dramı deyil... - TƏHLİL

MÜHARİBƏ TEATRI: Bu, Putinin Ukrayna sərhədindəki sonuncu dramı deyil... - TƏHLİL
Vladimir Putin həmişə Leninin düşmənin müdafiəsi mütləq sınaqdan keçirilməlidir” vəsiyyətinə əməl edib
 
Vladimir Putin artıq bilir ki, Qərb Ukrayna üçün döyüşməyəcək. Britaniyalı jurnalistin fikrincə, son həftələrdə baş verənlər bunu göstərdiRusiya prezidenti qaçılmaz təhlükə hissi yaratmaqda mahir olduğunu göstərdi. Əsas məsələ müdaxilədən sonra Qərbin Rusiyanı hansı cəzaya məruz qoya biləcəyidir.
 
Moderator.az Böyük Britaniyanın The Spectator nəşrinin müəllifi Ceyms Forsaytın analitik məqaləsini oxucularına təqdim edir.
 
Vladimir Putin artıq bilir kiQərb Ukrayna üçün döyüşməyəcəkBunu son həftələr baş verən hadisələr də göstərdiMoskva istədiyi kimi hərəkət edə bilərRusiya qoşunları Kiyevə girə bilərya da sərhəddə qalaraq ölkə hökuməti devrilənə qədər Ukrayna iqtisadiyyatını sarsıda bilərPutin döyüşmək istəsə, azından ilkin mərhələdə qalib gələcəkHeç bir Qərb qoşunu Rusiyanın sərhədi keçməsinə mane olmayacaq.
 
Əsas məsələ müdaxilədən sonra Qərbin Rusiyanı hansı cəzaya məruz qoya biləcəyidirNATO üzvləri necə hərəkət edəcəkləri ilə bağlı razılığa gələ bilərlərmiAlyans sıralarında ziddiyyətlər üzə çıxıbBaydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan konqresdəki demokratlara şikayət etdi kiRusiyanın təcavüzünə qarşı sanksiyalara cavab vermək üçün Almaniyanı “daim dilə tutmalı olurlar”.
 
Soyuq müharibənin əvvəlində Sovet İttifaqına qarşı çıxmaq üçün yaradılmış NATO Rusiyanı hərbi güclə deyilsanksiyalarla hədələməklə cilovlamağa çalışırBu sanksiyalar 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyaya qarşı tətbiq edilənlərdən qat-qat ağrılı olacaqMoskva qlobal maliyyə sistemindən kəsiləcəkRusiya qazını birbaşa Almaniyaya çatdırmaq üçün tikilən “Şimal axını-2” boru kəməri istifadəyə verilməyəcəkBuictimai və proporsional cavab olacaq.
 
Putinin cavabı başqa cür olacaq. O, müstəqil fəaliyyət göstərən rus hakerlərinin xidmətlərindən istifadə edərək Qərb banklarına qarşı Moskvanın inkar edəcəyi kiberhücumlar həyata keçirə bilər. Putin dolayı yollarla zərər verə bilər. Putin artıq ammonium nitratın ixracını dayandırıb (Rusiya dünya tədarükünün təxminən üçdə ikisini təmin edir), bu da gübrələrin və ərzaqların bahalaşmasına səbəb olacaq. O, Qərb ölkələrinə xatırladacaq ki, onların əhalisinin yaşayış dəyərini əhəmiyyətli dərəcədə artırmağa və daxildə böhranlar yaratmağa qadirdir. Bayden seçicilərə Rusiyaya qarşı sanksiyaların Amerika üçün böyük xərclərə səbəb olacağını deyəndə haqlı idi. Avropa liderlərinə də eyni xəbərdarlıq edilməlidir. Əgər sanksiyalar Putini saxlamaq üçün kifayət edəcəksə, Qərb kifayət qədər uzun müddət davam edəcək bir çox ağrılı nəticələrə hazır olmalıdır.
 
Putin həmişə Leninin düşmənin müdafiəsi mütləq sınaqdan keçirilməlidir” vəsiyyətinə əməl edib: "Süngü ilə sınayın. Yumşaq nə görsəniz süngünü sancınPoladla üzləşsəniz - geri çəkilin". İndi aydındır kiUkraynaya genişmiqyaslı müdaxilə Qərbin yalnız razılaşdırılmış cavabı zəmanət ola bilər. Əgər müdaxilə olmasaRusiya ilə ən yaxşı şəkildə necə davranmaq barədə yeni fikir ayrılıqları yaranacaqUkrayna böhranı üzrə qərb ekspertlərindən biri iddia edir kiPutin indi kütləvi hücuma qarşıdır, çünki Moskvanınqarşı tərəfin birliyinə ehtiyacı yoxdur”.
 
Putin bu böhran zamanı Qərbin səsləndirdiyi yalan təşvişlərdən də faydalanır. Əgər oqoşun qruplaşması yaradıbsonra qəti addımlar atmaqdan imtina edibsə, növbəti dəfə NATO blokunun Qərbi bir araya gətirməsi xeyli çətinləşəcək. Fevral ayı döyüşsüz başa çatsahamı razılaşacaq kitəhlükə blef idi və Vaşinqtonla London həddindən artıq reaksiya verməklə həddlərini aşıblarRusiya növbəti dəfə minlərlə əsgər qruplaşmasını sərhəddə yerləşdirdikdə, bir çox ölkələr müdaxilə ilə bağlı xəbərdarlıqları ciddi qəbul etməyəcəklər.
 
Putin isə təxribatları davam etdirə bilərBu həftə Duma onu Ukrayna Donbasındakı rusiyayönlü respublikaları tanımağa çağırıbODonetski və Luqanskı tanıya bilərsonra da onları “qorumaq” üçün rus qoşunlarını ora göndərə bilərQərb buna çətin kiyekdil mövqedən reaksiya verə.
 
Putin həmçinin iddia edə bilər ki, Ukraynanın rusdilli əhalisinə təzyiqlər edilir və onları qorumaq üçün ora qoşun göndərmək məcburiyyətindədir. Bu həftə o, absurd bəyanatla çıxış edərək, Donbassda baş verənləri “soyqırım” adlandırıb. Harada yaşamalarından asılı olmayaraq Moskvanın rusdilli insanları qorumaq hüququna malik olduğuna inam XVIII əsrdən bəri Rusiyanın beynəlxalq məsələlərə yanaşmasının xarakterik xüsusiyyətidir. Əcdadları Qədim Rusiyadan olduqları üçün Putin rusları və ukraynalıları “vahid bütöv bir xalq” adlandırmağı xoşlayır və o, əgər uyğun bir bəhanə tapsa, bu xalqları yenidən bir araya gətirmək istərdi.
 
Qərb böhran zamanı kəşfiyyat məlumatlarından qeyri-adi şəkildə çox açıq istifadə edir. London iddia edir ki, Mİ6 Rusiyanın Kiyevdə hakimiyyətə marionet hökuməti gətirmək planlarını ifşa edib. ABŞ kəşfiyyat mənbələri həftə sonu Putinin çərşənbə günü hücum edəcəyini bildiriblər. Məqsəd Putinin planlarını alt-üst etmək, onun Ukraynanın rusdilli əhalisinin köməyinə gəlmək istədiyini deməsinə mane olmaq, “özgə bayraq altında” əməliyyatlarının qarşısını almaqdır.
 
Britaniya kəşfiyyatının bəzi nümayəndələri bu cür taktikaların süni olaraq səhnələşdirilməsindən narahatdırlar. Onlar bildirirlər ki, fəsadları kifayət qədər diqqətlə düşünülməyib. Geniş reklam olunan müdaxilə baş verməsə necə olacaq? Hadisələrin gedişatını dəyişmək üçün kəşfiyyat məlumatları açıqlanarsa, onların etibarlılığını nə sübut edəcək? Bu cür taktikaların müəllifləri etiraf edirlər ki, onlar heç bir halda hansısa irimiqyaslı strategiya deyil, vəziyyətin kəskinliyini rəhbər tuturlar. Bununla belə, onlar iddia edirlər ki, rusların nə düşündükləri barədə müttəfiqləri xəbərdar etmək mümkün olub: insanların gözlədiyinin əksinə olaraq, özgə bayrağı altında” əməliyyatı daha az effektivdir.
 
Qərb dünyası Putinin bundan sonra nə edəcəyini gözləyir. Putin artıq Rusiyanın əhəmiyyətini və vacibliyini nümayiş etdirməyi bacarıb. Bunu son günlər onun uzun masası arxasına oturmaq üçün xarici liderlərin Moskvaya axışdığı sübut edir.
 
Üstəlik Ukraynanı çətin vəziyyətə salmaq üçün onun hücuma keçməsinə ehtiyac yoxdur. Britaniya və ABŞ öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edərkən dünyaya bu ölkədə yaşamağın təhlükəli olduğu siqnalını verdilər. Bu səbəbdən də şirkətlər işçilərini evakuasiya etməyə başlayıblar. Ukrayna prezidenti Vladimir Zelenski iş adamlarını geri qayıtmağa çalışır. Ukrayna ixracatçılarının sığortaya ehtiyacı var, lakin bir təhlili məlumata görə, orada normal fəaliyyət göstərən 60 siyasi riskdən sığorta firmasından yalnız üçü hazırda ölkədəki şirkətləri sığortalamağa hazırdır. Aviaşirkətlər fasilələrlə işləyir və Rusiya hərbi dəniz təlimləri isə ticarətə mane olur.
 
Putin sərhədi möhkəmləndirmə manevrini təkrar edərsə, o, Ukrayna iqtisadiyyatını çökdürə və ölkəni Moskvaya güzəştə getməyə məcbur edə bilər. Zelenski NATO-ya qoşulmağın qısamüddətli perspektiv deyil, sadəcə “arzu” olduğunu deyir. Almaniyanın yeni kansleri Olaf Şolts da açıq şəkildə bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü “gündəmdə deyil”.
 
Bundan əlavə, öz iştirakını inkar etməklə həmişə kiberhücumlar həyata keçirmək mümkündü. Bu həftə hakerlər Ukraynanın iki ən böyük dövlət bankına hücum etdilər ki, bu da bank kartları ilə ödənişlərə mənfi təsir etdi və s. Keçən ay hakerlər Ukrayna hökumətinin vebsaytlarını ələ keçirdilər. Bu, Ukraynanın onun iradəsinə boyun əyməyəcəyi təqdirdə Putinin təxribat müharibəsinin növbəti formasıdır.
 
Əgər eskalasiya olarsa və Qərb sərt sanksiyalar tətbiq edərsə, rus hakerləri öz fəaliyyətlərini gücləndirəcəklər. Lakin Britaniya da yeni yaradılmış milli kibernetik qüvvə ilə eyni şeyi edəcək. Onlar Rusiyanın ən mühüm sistemlərini bloklamağa çalışacaqlar, baxmayaraq ki, Qərb üçün bunu etmək daha çətindir, çünki o, qanunlardan asılıdır və Çin, Rusiya və Şimali Koreyadan fərqli olaraq çirkin oyunlar oynaya bilməz. Britaniya dövlətinin sifarişlərini yerinə yetirmək üçün mütəşəkkil cinayətkar qrupları yoxdur.
 
Putin həm də Rusiyanın iştirakını inkar etməklə təxribat təşkil edə bilər. Bu yaxınlarda Norveçdə bir neçə sualtı kabel sıradan çıxıb. Aydın idi ki, bu, insan tərəfindən törədilmiş məqsədyönlü hərəkətlərin nəticəsidi. Bu təxribatları kimin həyata keçirdiyini qəti şəkildə sübut etmək çətindir, amma bunun kimə sərfəli olduğu soruşulsa, cavab birmənalı olacaq. Artıq bu, NATO üçün problemdir. Təqsiri sübut etmək mümkün deyilsə, alyansa üzv ölkəyə qarşı bu cür hərəkətlərə necə cavab vermək olar?
 
Adamda Putini soyuq müharibənin bir növ qalığı adlandırmaq hissi yaranır, lakin o, çox müasir liderdir və bu da narahatlıq doğurur. Onun dövründə Rusiya heç vaxt olmadığı kimi düşməni çaşdırmaq və müharibə ilə sülh arasındakı sərhədi silmək üçün boz zona taktikasından istifadə etməyi öyrəndi. O, qaçılmaz təhlükə hissi yaratmaqda mahir olduğunu göstərdi. Bu, Putinin Ukrayna sərhədindəki sonuncu dramı deyil.
 
Tərcümə və təqdim etdi: Miraslan
Tarix: 20-02-2022, 09:13
Xəbəri paylaş





Xəbər lenti