"Ukrayna ilə sərhəddə vəziyyət çox gərgindir"



Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna ilə sərhəddəki vəziyyətə münasibət bildirib. 
Peskov, Ukraynanın cənub-şərqindəki gərginliyin azalmasına dair heç bir əlamət görmədiklərini deyib.
"Bu, dərin narahatlıq doğurur. Vəziyyət, həqiqətən, çox gərgindir. Atışmalar daha da intensivləşir”, - o bildirib. 
Peskov qeyd edib ki, bu gün Vladimir Putin vziyyətin gərgin olduğu ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirəcək. 
O bildirib ki, söhbət Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasından deyil, böyük iclasdan gedir.
Onun sözlərinə görə, iclasda dövlət başçısı çıxış edəcək, həmçinin digər tədbir iştirakçılarının hesabatları təqdim ediləcək.
Bununla belə, o, tədbirin mövzusu barədə məlumat verməyib. (TASS)
Tarix: 21-02-2022, 14:39
Xəbəri paylaş





Xəbər lenti