“Rusiya Təhlükəsizlik Şurasının toplantısı mahiyyət etibarilə "vorovskaya sxodka" idi”



“Rusiya siyasi-hərbi elitasının intellektual dayazlığı heyrət doğurur. Bu nə aşağı səviyyəli çıxışlar idi... (Bəlkə Lavrovu istisna etmək olar.) Xarici kəşfiyyatın şefi Narışkinin düşdüyü durum, Milli Qvardiyanın komandanı Zolotovun küçə ritorikası, Federasiya Şurasının sədri Matviyenkonun sovet dövründəki sağıcı-deputatları xatırladan nitqi Rusiya kimi nəhəng dövlətin kimlər tərəfindən və necə idarə olunduğu barədə aydın təsəvvür yaradır”.
 
Siam.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.
 
Ş.Cəfərli Rusiya Təhlükəsizlik Şurasının toplantı mahiyyət etibarilə "vorovskaya sxodka" idi: “Rusiya müstəqil dövlətin ərazi bütövlüyünə növbəti qəsd həyata keçirir və baş kriminal avtoritet həm məsuliyyəti bölüşmək, həm də elita daxilində hər hansı fikir ayrılığı olmadığını nümayiş etdirmək məqsədilə bu açıq toplantını təşkil etmişdi. Rusiya kimi bir dövlətlə qonşu olmaq böyük bədbəxtlikdir və biz tarixdə növbəti dəfə başımızı bu şər imperiyasının ilgəyinə doğru uzadırıq...”Pravda.az
Tarix: 21-02-2022, 22:13
Xəbəri paylaş





Xəbər lenti