Avropa Rusiyanı ən çox "qudurdan" layihəni dayandırdı


Avropa Rusiyanı ən çox "qudurdan" layihəni dayandırdıVladimir Zelenski və Vladimir Putin

Rusiya illərdir Qərbə meydan oxuyur. Xüsusilə Gürcüstan hadisələrindən sonra Vladimir Putin ABŞ və Avropa ilə fərqli dildə danışmağa başlayıb. Hətta sanksiyalar da Kreml rəhbərini qorxutmur. Qərb hədə-qorxu gəlir, amma reallıq budur ki, sərt ifadələr Putinin heç vecinə də deyil.

Bizimyol.info xəbər verir ki, Kreml bir az da ürəklənib, Ukraynaya növbəti hücum planlaşdırılır. Qərb yenə sanksiya dili ilə danışır. Avropa nisbətən cəsarətlənərək Rusiya qazından imtina etmək qərarına gəlib. Almaniya kansleri Olaf Şolts Moskvanın Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanımasını beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb. O, Rusiyanın buna görə cəzalandırılmasının vacibliyindən danışıb. Buna görə də Kremlin çox bel bağladığı “Şimal axını-2” layihəsinin sertifikatlaşdırılması dayandırılıb.
Putin xüsusilə qış başlayanda yeni layihə ilə bağlı çox inamlı danışırdı. Rusiya Prezidenti Avropanı yanacaqsız qoymaqla hədələyirdi. Almaniyanın loyallığı şimal dövlətinin rəhbərinə bir az da qətiyyət verirdi. Məhz bu üzdən Berlinin belə sərt davranışı gözlənilməz sayılır.
Qərb son aylar Rusiya qazından imtina üçün müxtəlif yollar üzərində baş sındırır. Avstraliya və Qətər kömək etməyə hazırdır. Qərb Azərbaycanı da yola gətirməyə çalışır. Hər şey Rusiyaya iqtisadi həmlə endirməyə hesablanıb.
Ola bilər ki, Şolts müəyyən qədər riskə gedir. Çünki Almaniya hələ Rusiya qazına alternativ tapmayıb. Əvvəllər atom enerjisi köməyə çatırdı. Amma Almaniyanın bundan imtinası vəziyyəti dəyişib.
Avropanı ABŞ xilas edə bilər. Sadəcə, okeanının o tərfindən sıxılmış qazın tankerlərlə gətirilməsi baha başa gəlir. Rusiyanın qaz qiymətlərini xeyli qaldırması bir az ümid yaradıb. Üstəlik, Polşanın infrastruktur yaratmağa başlaması gələcəyə nikbin baxmağa əsas verir.
Bir şeyi əminliklə yazmaq olar ki, Rusiyanın Avropa qaz bazarında payı zamanla kəskin azalacaq. Qərb Putinin nazı ilə çox oynamayacaq.
Tarix: 22-02-2022, 21:36
Xəbəri paylaş





Xəbər lenti