Odessada hərbi hissəyə hücum nəticəsində ölənlərin sayı 22-yə çatıb



Odessa vilayətində hərbi hissəyə hücum nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Musavat.com xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Xilasedicilər dağıntıların təhlilini başa çatdırıblar - hərbi hissəyə hərbi zərbə endirilməsi nəticəsində 22 nəfər həlak olub (11 kişi və 11 qadın).
Altı nəfər dağıntılar altından çıxarılaraq Podolski şəhər xəstəxanasına yerləşdirilib. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Tarix: 24-02-2022, 21:38
Xəbəri paylaş





Xəbər lenti