Məşhur amerikalı aktyor ukraynalıları dəstəkləmək üçün Kiyevə gəlib



Məşhur amerikalı aktyor və rejissor Şon Penn Kiyevə gəlib.
“O, Ukraynada baş verən bütün hadisələri lentə almaq və Rusiyanın ölkəmizə təcavüzü ilə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün xüsusi olaraq Kiyevə gəlib”, - Ukrayna KİV-ləri bildirir.
Penn bu gün səhər saatlarında prezident aparatında olub və aparat rəhbərinin müşaviri Mixaylo Podolyak və baş nazirin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçukun mətbuat konfransında iştirak edib.
Ofis əlavə edib ki, Penn Qərb siyasətçilərində çatışmayan cəsarət nümayiş etdirir.
Tarix: 25-02-2022, 08:40
Xəbəri paylaş





Xəbər lenti