Ukraynadan şok əks-hücum: Rusiyaya raket atdı...



Ukraynanın Hərbi Hava Qüvvələri Rusiyanın Rostov vilayətində yerləşən aviabazasına raket zərbəsi endirib. Nəticədə Rusiya Hava Kosmik Qüvvələrinin bir Su-30SM qırıcısı və daha bir neçə aviatexnika sıradan çıxarılıb. Aviazərbə barədə ilk məlumat və foto sosial şəbəkələrdə yayılıb. Ukraynanın Hava Qüvvələri Komandanlığı bu zərbəni ironik formada təsdiqləyib. 
Çerniqov vilayətində Ukrayna hərbçiləri Minsk istiqamətində Rusiya ordusunun daha 20-ə yaxın tankını məhv edib. Bu barədə “Şimal” operativ komandanlığı Facebook səhifəsində məlumat yayıb. Hazırda canlı qüvvə itkisi dəqiqləşdirilir.
Həmçinin, "Şimal" bölməsi Repokdan Çerniqova doğru hərəkət edən Rusiya ordusunun texnikasının bir kolonunu da məhv edib. Nəticədə 10-15 civarında texnika zərərsizləşdirilib.
Bu arada Böyük Britaniya Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodomir Zelenski arasında telefon danışığı olub.

Prezident Zelenski baş nazirə Rusiyanın ən son hərbi irəliləyişləri, o cümlədən Ukrayna şəhərlərinə raket və artilleriya zərbələri, bu səhər erkən saatlarda Kiyevdə baş verən dəhşətli hadisələr barədə məlumat verib. Boris Conson Böyük Britaniyanın Ukraynaya əlavə dəstəyini öhdəsinə götürüb.

Rusiyanı baş diplomatı Sergey Lavrov isə Rusiya-Ukrayna müharibəsinə görə Qərbi günahlandırıb: “Biz müzakirələri çox istəyirdik. Ancaq bizi eşitmək istəmədilər. “Rusiya günahkar göstərildi. Qərb bizi ittiham edirdi. Ukraynalıların öz talelərini müəyyənləşdirmək şansları olacaq”.
Tarix: 25-02-2022, 15:42
Xəbəri paylaş





Xəbər lenti