Avropa İttifaqından Putin və Lavrova qarşı sanksiyalar -Avropadakı aktivləri donduruldu



Avropa İttifaqı rəsmisi Rusiya prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Avropadakı aktivlərini dondurmaq qərarına gəldiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatında xəbər yayılıb.

Qeyd edək ki, Aİ səhər saatlarında elan etdiyi yeni sanksiyalar paketi ilə Rusiyanın borclanma xərclərini artıracağını, inflyasiyanı yüksəldəcəyini və sənayesinin təməlini zərərə uğradacağını açıqlayıb.
Tarix: 25-02-2022, 17:33
Xəbəri paylaş





Xəbər lenti