La-Manş boğazında rus gəmisi saxlanılıb



La-Manş boğazında rus gəmisi saxlanılıb.

Ovqat.com
xəbər verir ki, məlumatı Fransanın AP agentliyi yayıb.

Rusiyanın Fransadakı səfirliyi də məlumatı təsdiqləyib:

"Səfirliyə Rusiya quru yük gəmisinin kapitanından təcili zəng daxil olub, o, gəminin La-Manş boğazında Fransa hakimiyyəti tərəfindən saxlanıldığını elan edib", - diplomatik nümayəndəlikdən “RİA Novosti"yə bildiriblər.

Məlumata görə, rus diplomatları aydınlıq gətirmək üçün dərhal Fransa hakimiyyəti ilə əlaqə saxlayıblar.

AP iddia edir ki, gəminin sanksiyalar altında olan Rusiya şirkətinə məxsus olduğu güman edilir. Gəmi Sankt-Peterburqa avtomobil aparırmış.  

“France Bleu” radiostansiyası dəniz prefekturasına istinadən yük gəmisinin Fransa sularında üzməyə icazəsi olduğunu xəbər verib.



Tarix: 26-02-2022, 22:58
Xəbəri paylaş





Xəbər lenti