Kiyevdə vəziyyət sakitdir



Kiyev merinin müavini Mykola Povoroznik bazar günü səhər bildirib ki, Kiyevdə vəziyyət sakitdir və Ukrayna ordusu və ərazi müdafiə qüvvələri tərəfindən idarə olunur.
Ukrayna mətbuatı xəbər verir ki, Povoroznik gecə saatlarında şəhərdə Rusiyanın diversiya və kəşfiyyat qrupları ilə bir neçə atışma olduğunu bildirib.
Eyni zamanda bildirilir ki, fevralın 27-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Kiyevi atəşə tutması nəticəsində mərmilər radioaktiv tullantıların anbarına düşüb. İlkin məlumatlara görə, əhali üçün təhlükə yoxdur.
virtualaz.org
Tarix: 27-02-2022, 09:39
Xəbəri paylaş





Xəbər lenti