Onun trilyonları unitaza axır, öz nüfuzu ilə, xarici siyasəti ilə, münasibətləri ilə birgə...

Onun trilyonları unitaza axır, öz nüfuzu ilə, xarici siyasəti ilə, münasibətləri ilə birgə...
Kiyevə ilk hücum dəf edilib. Hər şeydən göründüyü kimi, hücum edənlər daha çox itki verib. Vasilkovo (paytaxtdan cənuba tərəf 25 km) ətrafında içərisində desantlar olan təyyarə vurulub. Onlar hazırlanan müdafiəyə paraşüt desantı çıxarmaq istəyirdilər. Desant darmadağın edilib. Onlar ikinci dünya müharibəsi, uzağı çeçen müharibəsi modeli ilə vuruşur.
Mən belə düşündüm: budurmu imperiyanı bərpa edən? Onu müharibəyə hazırlayıb, amma son 10 ildə heç nə etməyib. Silahlara trilyonlar xərcləyib, toplar, tanklar, təyyarələr, raketlər, hamısı ən yeni silahlardır. Çindən sonra ən böyük ordudur, onun üçdə ikisi "benderlərlə" döyüşə göndərilib. Ona yarım gün, uzağı bir gün əvvəl məruzə edilir. Axı onlar qaçacaqlar. Onların heç bir müasir  texnikası, təyyarələri, raketləri, heç bir şeyləri yoxdur.
Onlar isə qaçmır. Onlar inanılmaz inadla və qəzəblə vuruşur. İtkilər Stalinqradda olduğu kimidir. Heç bir "blitskriq" alınmır. Sənin topların, tankların, təyyarələrin, raketlərin sənə kömək edə bilmir. Çünki bir tərəfdən Baykalətrafından guya təlimə gətirilən çağırışçı və müqavilə üzrə xidmət edənləri gətirib ömründə gözləri ilə görmədikləri "xoxolları" öldürməyə göndərirlər. Digər tərəfdən 40 yaşlı kişi, arxasında Xarkov, Dnepr, Çerniqov, Kiyev var, həyat yoldaşı, uşaqları, ata-anası, dostları, getdiyi məktəbi, bütün həyatı var...
Axı o dişləri ilə didəcək sizləri...
Və onun trilyonları unitaza axır, öz nüfuzu ilə, xarici siyasəti ilə, münasibətləri ilə birgə. O isə yalandan deyir ki, onun tank kolonları Kreşşatikdə hərəkət edir. Onlar isə orada hərəkət etmir. Onlar şəhərətrafında yanır. "Cavelin" bilmir ki, T- 90 dünyada ən yaxşı tankdır. Onun üçün fərq etməz, sensoru ən böyük metal kütləsinə hesablanıb. Təyyarələr də yerə düşür. Güclü donanmanı da toplardan az qala silahsız sərhəd zastavası və Panama bayrağı altında Odessaya gedən bunkerçi atəşə tutulur.
Bunu necəsə izah etmək lazımdır. Ona görə də sərt general televiziyiyada "millətçi taborlar"dan danışır. Maraqlıdır, general gecələri necə yata bilir, o ki gerçək mənzərədən xəbərdardır. 
Yeri gəlmişkən, bu həmin generaldır ki, İsrail təyyarəçilərinin suriyalıların vurduğu təyyarələrlə qorunduqlarını deyirdi. Axı, o, bilirdi ki, orada İsrail təyyarələri olmayıb.
Elə 1967- ci il iyunun 8- də Qahirə radiosu qələbədən danışırdı, amma Misir ordusu qaçırdı. General Yoffenin tankları Süveyş kanalına yaxınlaşırdı. Axı, bütün bunlar olub. Bunlar nə zaman tarix kitablarını oxumağı öyrənəcək?
Mənim əziz rusiyalılarım, müharibədən sonra düşmənin sözlərini deyil, dostların susqunluğunu xatırlayacaqlar. Və bir də sizin mətbuat yalan danışır. 8 il əvvəl Ukraynada baş verənlərdən yalan danışdığı kimi. Nisbətən obyektiv mənzərəni öyrənmək istəyirsinizsə, "xarici agent" adlandırılanlara baxın və oxuyun. Bir də "Exo Moskvı" radiosunu dinləyin.
Siz hələ sonradan hansı uçuruma salındığınızı anlayacaqsınız.
İndi Zelenskinin reytinqini bilmək çox maraqlı olardı. Bunu gözləmirdim. O, tarixə düşəcək. Növbəti sutka, maksimum iki sutka kritik olacaq. Möhkəm dayanın!
Kiyev, sən mənim qəhrəman şəhərimsən!
Sergey Auslender
Tarix: 27-02-2022, 15:16
Xəbəri paylaş





Xəbər lenti