Putin Uralda bunkerə sığınıb: Oliqarxları da girov saxlayır – Kəşfiyyat mənbələri


Putin Uralda bunkerə sığınıb: Oliqarxları da girov saxlayır – Kəşfiyyat mənbələriVladimir Zelenski və Vladimir Putin

İngiltərənin Mİ6 məxfi xidmətinin rəhbəti Riçard Mur deyib ki, Rusiya Ukraynada “qalib gələ bilməyəcəyi” bir nöqtəyə gəlib çatıb. Kiyev Moskvaya 10 gün dirəniş göstərsə, Rusiyanın pulu və silahı tükənəcək.

Murun açıqlaması başqa mənbələrin də uyğun fikirləri ilə eyni vaxta təsadüf edib. Putinin Ukraynada qarşılaşdığı müqavimətdən “şok” keçirdiyi iddia edilir. Müharibənin hər günü Rusiyaya 20 milyard dollara başa gəlir. İddia edildiyinə görə, Putin məsələnin maksimum 4 günə bitəcəyini gözləyirmiş. Bizimyol.info xəbər verir ki, bu barədə İngiltərənin “Daily Mail” qəzeti yazıb.
Məqalədə deyilir ki, şənbə günü bir videoda Ukrayna ordusunun Kiyev üzərində nəzarəti əlində saxlaması və ötən gecə Rusiyanın paytaxta doğru irəliləyişlərini uğurla dəf etməsi görünür. Döyüşlərin üçüncü günündə ölkənin cənubunda, Xerson yaxınlığında “Z” işarəsi olan, məhv edilmiş Rusiya konvoyu göstərildi. Başqa bir videoda isə Xarkovda 20 avtomobildən ibarət Rusiya hərbi kolonunun məhv edilməsi göstərilib. Qırğının görüntülərindən aydın olur ki, orada sağ qalan olmayıb. Putin qüvvələrinin amansız itkilərə məruz qaldığı aydın görünür.
Rusiya ordusuna indi "bütün istiqamətlərdən" irəliləyişini genişləndirmək əmri verilib, Kiyev sakinləri daha bir gecə yerin altına sığınmağa hazırlaşırlar. Bununla belə, ABŞ-ın yüksək rütbəli müdafiə rəsmiləri Rusiyanın Ukraynaya müdaxiləsində Moskvanın gözlədiyindən daha çox müqavimətlə üzləşdiyini və sürətini itirdiyini iddia edib. Ukraynalılar şiddətli müqavimət nümayiş etdirərək işğalçıları itkiyə məruz qoydular. Ukrayna Müdafiə Nazirliyi tvitində "Ukraynanı mümkün qədər tez Rusiya işğalçılarından təmizləmək üçün əlimizdən gələni edəcəyik!" deyə bildirilir.
Estoniyanın keçmiş müdafiə rəisi Riho Terras iddia edib ki, Putin müharibəni uzada bilməyəcək, çünki Rusiyanın pulu və silahı sürətlə tükənir. Kiyev onları 10 gün saxlasa, Putin Zelenski hökuməti ilə danışıqlara getməli olacaq.
Kəşfiyyat məlumatlarına görə, Putin Ural dağlarındakı bunkerdə məmur-oliqarxlarla görüş keçirib və onlara deyib ki, müharibənin "asan olacağını və hər şeyin 1-4 gün aralığında həll ediləcəyini" düşünürmüş. Kəşfiyyat mənbələrinə görə, müharibə Rusiyaya gündə təxminən 20 milyard dollara başa gəlir, 3-4 günlük raket ehtiyatı qaldığına görə silahlardan qənaətlə istifadə edirlər. Putin düşünürmüş ki, Ukraynada panika yaranacaq, “təsadüfi” yaşayış binalarına raketlər atmaqla əhalini qorxudacaq, orduda kütləvi fərarilik başlayacaq, milli təslimçilik əhvalı yaranacaq və Zelenski ölkədən qaçacaq. Amma bunların heç biri baş bermədi.
Bəzi mənbələrin bildirdiyinə görə, Putin Uralda bunkerdə gizlənir. Uralı seçməsinin səbəbi odur ki, bu sığınacaq NATO zərbələrinin yetişməyəcəyi nöqtədədir. Amma ən maraqlısı odur ki, onun başlıca dövlət  vəzifələri tutan oliqarxları da orada girov saxladığı bildirilir. Putin ehtiyat edir ki, artan narazılıq fonunda məmurlar istefa verib xaricə qaça bilərlər.
Tarix: 27-02-2022, 21:19
Xəbəri paylaş





Xəbər lenti