Macarıstan Ukraynaya köməkdən imtina etdi

Macarıstan Ukrayna ordusuna dəstək verməyəcək. Ölkə rəhbərliyi Ukrayna hərbçilərinə kömək üçün silah və əsgər göndərilməsinə icazə vermir.
 
Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
 
Onun sözlərinə görə, Macarıstan öz ərazisi ilə başqa ölkələrdən Ukraynaya hərbi yardım daşımağa da icazə verməmək qərarına gəlib.
 
"Bu qərarın səbəbi odur ki, bu cür daşımalar düşmənin hərbi əməliyyatlarının hədəfinə çevrilə bilər və biz Macarıstanın təhlükəsizliyini təmin etməliyik. Müharibəyə qarışmamalıyıq", - deyə XİN rəhbəri açıqlamasında qeyd edib.
Tarix: 28-02-2022, 22:45
Xəbəri paylaş





Xəbər lenti