Rusiya Ukraynaya “İsgəndər” və “Kalibr” tipli 113 raket atıb


Ukraynaya hərbi müdaxilə etdiyi gündən bəri Rusiya qoşunları ölkənin dinc əhalisinin yaşadığı şəhər və kəndlərə qurudan və dənizdən “İsgəndər” və “Kalibr” tipli 113 raket atıb.
 
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının bəyanatında deyilir.
 
Onun sözlərinə görə, bu addımlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və Haaqa Tribunalında araşdırılmalıdır.
 
Report
Tarix: 1-03-2022, 09:38
Xəbəri paylaş





Xəbər lenti