"Çernobıl üçün şərait yaratmayın, radiasiya millətləri tanımır" - Rusiyaya ÇAĞIRIŞ


"Rusiya Prezidenti Vladimir Putinə görə Avropa yenidən nüvə fəlakətinin astanasındadır".

Pravda.az xəbər verir ki, bu barədə Daxili işlər nazirinin müşaviri Anton Geraşenko Facebook səhifəsində yazıb.

O qeyd edir ki, mərmilər Enerqodardakı reaktorun beton qabığından keçə bilməyəcək, lakin AES-in təhlükəsizliyi üçün zəruri olan avadanlıqları zədələyəcək və bu, “Çernobıl və ya Fukusima kimi qəzaya” səbəb ola bilər.

"Avropanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi şəhər rus hərbçiləri ilə mübarizəyə hazırlaşır" - Geraşenko bildirib.

Geraşenko rus generallarına çağırış edib: "Atom Elektrik Stansiyasının təhlükəsizliyi üçün fikrinizi dəyişin. Yeni Çernobıl üçün şərait yaratmayın! Radiasiya millətləri tanımır".
Tarix: 2-03-2022, 16:16
Xəbəri paylaş





Xəbər lenti