Rusiyanın XİN başçısı dünya müharibəsindən danışdı: "Dağıdıcı olacaq"




Lavrov: "Co Bayden təcrübəli insandır və əvvəllər demişdi ki..."
Üçüncü dünya müharibəsi dəhşətli şəkildə dağıdıcı olacaq. AYNA TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir vurğulayıb ki, başlanacaq müharibə nüvə müharibəsi olacaq: “Üçüncü Dünya müharibəsi nüvə müharibəsi olacaq və dağıdıcı olacaq. ABŞ Prezidenti Co Bayden təcrübəli insandır və əvvəllər demişdi ki, müharibənin yeganə alternativi sanksiyalardır”.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin sonucda Üçüncü Dünya müharibəsinə gətirib çıxaracağı haqqında proqnozlar verilməkdədir. 
Tarix: 2-03-2022, 16:23
Xəbəri paylaş





Xəbər lenti