“Ruslar öz meyitlərini yandırmağa maşınlar gətirirlər, heç kim ölənləri saymır”

“Ruslar öz meyitlərini yandırmağa maşınlar gətirirlər, heç kim ölənləri saymır”
“Burada olan heç kim birbaşa bu suallara cavab verə bilməz. Gələcəyi bilə bilmərik. Rus ordusu çox böyükdür. İki, ya da üçqat deyil, onlarla tank var, çoxlu əsgərləri var”.
 
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında deyib.
 
O bildirib ki, ruslar onlardan beş qat daha güclüdürlər:
 
“Amma rus xalqı burada həyatını itirir. Heç kim neçə insanın öldüyünü saymır burada. Onlar öz meyitlərini yandırmaq üçün maşınlar gətirirlər.
 
Analar övladlarının nəşlərini ala bilməyəcək. Uşaqlarının burada öldüyünü belə bilməyəcəklər. Əsl soyqırımı budur, nasizm budur. XXI əsrdəyik, 2022-ci ildəyik, belə şeylər görürük”.

Tarix: 3-03-2022, 21:44
Xəbəri paylaş





Xəbər lenti