Rusiyanın Baş Qərargah rəisi ətrafında nə baş verir: Putinə qarşı çıxdığı deyilir


Rusiyanın Baş Qərargah rəisi ətrafında nə baş verir: Putinə qarşı çıxdığı deyilirVladimir Putin və Valeri Gerasimov

Rusiyanın Ukrayna üzərində apardığı işğalçılıq siyasəti və işğal əməliyyatının 4-cü günündə Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalarla 38 ölkənin hava məkanlarını Rusiya təyyarələrinə bağlamağına reaksiya göstərən Vladimir Putin yuxarı səviyyəli bir iclasda ölkənin çəkincidirici nüvə güclərinə Qərb ilə yaşanan gərginliklər səbəbilə xüsusi döyüş hazırlığına keçmə təlimatı verib. Putin iclasa qatına Müdafiə naziri və Baş Qərargah rəisinə müraciət edərək, iclasın əvvəlində Qərbin Rusiya ilə əlaqələrində dostca davranışlara yer vermədiuini bildirib.

Putin bildirib ki, O, iqtisadi məkanda qeyri-qanuni sanksiyaları nəzərdə tutur: “NATO ölkələrinin yuxarı dərəcəli səlahiyyətli nümayəndələri də ölkəmizə qarşı təhqiredici ifadələrə yer verirlər. Bu səbəbdən Müdafiə naziri və Baş Qərargah rəisinə Rusiya Ordusunun çəkindirici güclərini (Nüvə silahlarını hazır vəziyyətə gətirən bölmələr – M.Ş) xüsusi döyüş hazırlığına gətirməyi əmr edirəm”,- deyə bildirib.
Eyni nitqi dövlət televiziyasında da gerçəkləşdirən Putin NATO, ABŞ və Avropa Birliyi ölkələrinə qərarlılıq mesajı verib. Həmin gün Rusiya Müdafiə naziri Sergey Şoyqu jurnalistlərə verdiyi açıqlamada nüvə əməliyyatı üçün fəaliyyətə başlanıldığını elan edib. Strateji raket qüvvələrinin, Şimal və Sakit okean donanmalarının və uzaqmənzilli aviasiyanın gücləndirilmiş şəxsi heyətlə müharibəyə hazır olduğu bildirilib. Putinin Rusiya ordusunun çəkindirici nüvə güclərini xüsusi döyüş səviyyəsinə gətirməsi barədə göstəriş verməsi, diqqəti Rusiyanın nüvə silahları və hipersəs raketlərinə yönəldib. Birinci Dünya Müharibəsinin son zamanlarında ABŞ-ın Yaponiyanın Xeroşima və Naqasaki şəhərlərində partlatdığı nüvə bombaları, nüvə silahlarının müharibə zonalarında istifadə edildiyi tək nümunədir. Ümid edirik ki, bu, elə də qalar.
Rusiya dövlət qaynaqlarına görə, tvitterdə xarici bir qaynaqdan Putinə sui-qəsd cəhdi olduğu iddia edilib. Bundan sonra Rusiya xəbər qaynaqları Putinin Baş Qərargah rəisi Valeri Gerasimovu vəzifədən azad etdiyini tvitter vasitəsilə bildiriblər. Beynəlxalq xəbər agentlikləri isə hadisə ilə əlaqədar hələ ki, dəqiq bir məlumat paylaşmayıb. Amma Gerasimovun vəzifədən azad edilməsi ilə bağlı 300 min paylaşım edilib.
Xarici mətbuatda isə Putin ilə Qərargah rəisi arasında Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar fikir ayrılığının olduğu bildirilir. Putin Rusiyanın nüvə silahlarını idarə edən hərbi bölmələrin xüsusi döyüş rejiminə keçməsi barədə verdiyi göstəriş zamanı Rusiyanın Tuva vilayətində doğulan türk mənşəli Müdafiə naziri Sergey Şoyqu ilə Valeri Gerasimov kameralara bir qədər küskün düşmüşdülər. Ola bilsin, Gerasimovun Putinin nüvə müharibəsi arzusuna qarşı çıxaraq, gedə-getdə pensiyaya çıxmasını istəməsi və beləliklə, bu insanlıq cinayətində iştirak etmək istəməməsi istiqamətindəki bəyanatı Putin tərəfindən anlayışla qəbul edilib.
Nüvə bombalarından istifadə etmək əlbəttə ki, bir insanlıq cinayətidir. Necə ki, vaxtilə ABŞ Yaponiyanın iki şəhərinə bu bombaların atılması barədə göstəriş vermişdisə, Rusiya prezidenti Vladimir Putin də bu silahlardan istifadə əmrini verəcək ağıldadır. Bəzi ekspertlər düşünür ki, ABŞ və Rusiya Ukrayna müharibəsi ilə Çini istisna edərək, yeni bir ikiqütblü dünya nizamı yaratmaq niyyətindədirlər. Ancaq reallıq budur ki, əliyalın insanları, körpələri bombalamaqla, kütləvi məhv etməklə hegomon dövlət və ya supergüc olunmaz. Sadəcə olaraq, qatil dövlət olunar.
Tarix: 3-03-2022, 22:44
Xəbəri paylaş





Xəbər lenti